“Barselona” klubu sabiq futbolçusu Neymar Junioru heyətinə qaytarmaqda israrlıdır.
Lent.az-ın məlumatına görə, Kataloniya təmsilçisi hazırda PSJ-nin formasını geyinən “sambaçı”nın transferini reallaşdırmaq üçün yeni təklif hazırlayır.
İspaniya çempionu Neymarın keçidini yayda həll etmək niyyətindədir. “Barselona” rəhbərliyi 27 yaşlı hücumçunun zədəsini sağaltdıqdan sonra göstərdiyi oyundan razıdır. Bu səbəbdən kataloniyalılar nəyin bahasına olur-olsun, Neymarı geri qaytarmağı düşünürlər. Bildirilir ki, futbolçunun özü də yenidən “Barselona”nın formasını geyinməyə qarşı deyil.
Qeyd edək ki, 2013-2017-ci illərdə “Barsa”da oynamış Neymar PSJ-nin heyətində cari mövsümdə ümumilikdə 11 oyunda 8 qola imza atıb.